“Mançester Siti” Premyer Liqada hamıdan öndə
10.10.2023 - 18:34
İngiltərə Premyer Liqasında ən bahalı heyətə malik komandaları açıqlanıb.
Apasport.az xəbər verir ki, siyahıya “Mançester Siti” başçılıq edir.
“Şəhərlilər”in heyətinin transfer qiyməti 1 milyard 260 milyon avrodur. Mançesterlilər kimi “Arsenal”ın da futbolçularının ümumi qiyməti 1 milyarddan bahadır – 1 milyard 100 milyon. İlk “beşlik”də “Çelsi” (999 milyon), “Liverpul” və “Mançester Yunayted” (hər ikisi 877 milyon) də yer alıb.
Qeyd edək ki, Premyer Liqanın indiki lideri “Tottenhem” cədvəldə 6-cı yerdədir - 748 milyon.
0
0