Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo 14 iyun - 14 iyul tarixləri arasında Almaniyanın ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsinin tarixində ən çox qol vuran futbolçu ünvanına sahibdir.
Apasport.az xəbər verir ki, çempionatın finallarında 14 qol vuran Ronaldo bu statistikada təkbaşına zirvədədir. Ronaldodan sonra Fransanın əfsanəvi adı Mişel Platini 9 qolla ikinci yerdədir.
Ronaldo 2004-cü ildə 2 dəfə, 2008-ci ildə 1 dəfə, 2012 və 2016-cı ildə 3 dəfə, 2020-ci ildə isə 5 dəfə rəqib qapısına dəqiq zərbə endirib.
Beş turnirdə ümumilikdə 25 matça çıxan Ronaldo 2 min 153 dəqiqə meydanda qalıb və 14 dəfə qol sevinci yaşayıb. Ronaldo bu qollardan 3-nü penaltidən vurub.