"Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarıldı
19.03.2024 - 17:19
"Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarıldı

FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Apasport.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, millimiz martın 22-i saat 20:00-da Monqolustan, martın 25-i, saat 20:00-da isə Bolqarıstan yığması ilə qarşılaşacaq.

Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0