“Qarabağ” Monteneqro millisinin futbolçusu ilə 2 illik müqavilə imzaladı
12.12.2022 - 09:50
“Qarabağ” Monteneqro millisinin futbolçusu ilə 2 illik müqavilə imzaladı

"Qarabağ" Marko Veşoviçin gələcəyi ilə bağlı müəmmaya son qoyub.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi adı Rusiya və Türkiyə klubları ilə hallanan monteneqrolu müdafiəçi ilə yeni müqavilə imzalayıb.

2021-ci ilin iyulunda Azərbaycana gələn balkanlı legioner daha 2 mövsüm "köhlən atlar"ın şərəfini qoruyacaq.

31 yaşlı Marko Monteneqro millisinin formasını geyinir. O, ölkəsinin "Buduçnost", Serbiyanın "Srvena Zvezda", İtaliyanın "Torino", Xorvatiyanın "Riyeka" komandalarında çıxış edib. Onun son klubu isə Polşa "Legiya"sı olub (sportinfo.az).
 

writer photo
Əlirza Əlirzalı
0