İngiltərədə futbolla bağlı yeni qanun hazırlanıb.
Apasport.az saytı xəbər verir ki, bundan sonra idmanın bu növünə hökumət nəzarət edəcək.
Media və İdman Nazirliyi açıqlamasında bildirib ki, qanun ölkə futboluna nəzarəti gücləndirmək məqsədi daşıyır və buna nəzarət üçün xüsusi komissiya yaradılacaq.
Onlar futbol oyunları ilə yanaşı, klubların alqı-satqısına, stadion satışlarına və klubların arena dəyişməsinə də cavabdehlik daşıyacaqlar.
Qeyd edək ki, son dövrlər İngiltərə futbolunda komandaların iflasa uğraması və ya aşağı divizionlara düşməsi hökumət tərəfindən narahatlıqla qarşılanır. Dövlət məhz yeni nəzarət mexanizmi vasitəsi ilə bu problemləri aradan qaldıracağını düşünür.