Abdolbari Gozal ”Qarabağ”ın rəsmiləri ilə görüşüb
07.06.2024 - 18:52
Abdolbari Gozal ”Qarabağ”ın rəsmiləri ilə görüşüb

“Qarabağ” futbol klubunun fəxri prezidenti Abdolbari Gozal komandanın rəsmiləri ilə görüşüb.

Apasport.az xəbər verir ki, fəxri prezidentə 2023/24 mövsümündə qazanılan Azərbaycan Premyer Liqasının çempionluq kuboku və Azərbaycan kuboku təqdim olunub.

Görüşə “Qarabağ”ın vitse-prezident Fevzihan Aras, İdarə Heyətinin üzvləri Emrah Çelikel, Asif Əsgərov, Rafiq Şahverdiyev, Nazim Quliyev və baş məşqçi Qurban Qurbanov iştirak ediblər.

Abdolbari Gozal komandanın avrokuboklarda uğurla çıxış etməsi, Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olması münasibətilə klubumuzun rəhbərliyi, baş məşqçisi, texniki heyəti, futbolçuları və uğurlarda əməyi keçən bütün əməkdaşlarını təbrik edib. Fəxri prezident komandamıza beynəlxalq və daxili yarışlarda uğurlar arzulayıb. O, bundan sonra da “Qarabağ”a lazım olan maddi və mənəvi dəstək verəcəklərini vurğulayıb.

writer photo
Əlirza Əlirzalı
0