“Bayer” hücumçusunu itirdi
05.05.2023 - 19:46
“Bayer” hücumçusunu itirdi

“Bayer” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu Patrik Şikin xidmətindən məhrum olub.

Çexiyalı hücumçu mövsümü başa vurub. Buna Şikin zədəsi səbəb olub.

27 yaşlı forvard cari mövsümdə 23 oyun keçirib. Onun hesabında 4 qol və 1 assist var.

Qeyd edək ki, Avropa Liqasında mübarizəni davam etdirən “Bayer” yarımfinalda “Roma” ilə qarşılaşacaq. Bu oyunlar mayın 11-də və 18-də keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0