Premyer Liqada yeni təyinat
06.12.2023 - 16:45
Premyer Liqada yeni təyinat

Kris Vilder yenidən “Şeffild Yunayted”ə rəhbərlik edəcək.

Apasport.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Premyer Liqa klubu ilə 2025-ci ilin yayına kimi müqavilə imzalayıb.

2016-2021-ci illərdə Şeffild təmsilçisinə rəhbərlik etmiş 58 yaşlı ingilisi çətin vəzifə gözləyir. Hazırda Premyer Liqanın turnir cədvəlində sonuncu olan komanda 14 matçdan sonra cəmi 5 xal toplaya bilib.

Qeyd edək ki, “Şeffild Yunayted” bu axşam öz meydanında “Liverpul”u qəbul edəcək.

writer photo
Əlirza Əlirzalı
0