Kvaratsxeliya “Real”a keçə bilər
15.02.2023 - 14:43
Kvaratsxeliya “Real”a keçə bilər

Gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya yayda “Real”a keçə bilər.

Apsport.az saytı xəbər verir ki, “kral klubu” Erlinq Haaland, Kilian Mbappe və ya Cud Bellinqemdən birini transfer edə bilməsə, əsas diqqətlər İtaliya “Napoli”sinin 22 yaşlı hücumçusuna yönəldiləcək.

Oyunçunun “Napoli” ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Daha əvvəl İtaliya klubu futbolçunu komandada saxlamaq niyyətində olduğunu və gələn təklifləri geri çevirdiyini bildirib.  

Qeyd edək ki, 2022-ci ilin iyul ayından Neapol klubunda çıxış edən Xviça 23 oyunda 11 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0