70 milyonluq “qırmızı şeytan”
29.07.2023 - 22:47
70 milyonluq “qırmızı şeytan”

“Mançester Yunayted” Rasmes Hoylundla bağlı danışıqları yekunlaşdırmaq üzrədir.

Apasport.az-ın məlumatına görə, “Atalanta” futbolçunun transferinə “yaşıl işıq” yandırıb.

Mankuniyanlar bir neçə dəfə italiyalı həmkarları ilə danışıqlar aparsalar da, qiymət məsələsində ortaq məxrəcə gəlmək mümkün olmayıb. Nəhayət, “Atalanta” 70 milyon avro və bonuslarla təklifə müsbət cavab verib. 20 yaşlı danimarkalı hücümçunun “Mançester Yunayted”lə beş illik müqavilə bağlaması gözlənilir.

Qeyd edək ki, Hoylund “Atalanta”da bir mövsüm keçirib. O, A seriyasında 32 oyunda 9 qolla yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0