Klub prezidenti Şeydayev transferindən danışdı
17.01.2024 - 17:25
Klub prezidenti Şeydayev transferindən danışdı

"Ramil Şeydayev çıxışı ilə çempionluğa ciddi töhfə verəcək".

Apasport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu "Kocaelispor"un prezidenti Engin Koyun Azərbaycan millisinin futbolçusunun transferi ilə bağlı danışarkən deyib.

Engin Koyun transferin klub üçün önəmli olduğunu vurğulayıb: "Azərbaycan millisinin hücumçusunu heyətimizə qatdıq. Ramil camiəmiz üçün xeyirli olsun".

Qeyd edək ki, Tailandın “Buriram Yunayted” klubundan “Kocaelispor”a keçən milli futbolçu Türkiyə klubu ilə 1,5 illik müqavilə imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0