Robinyo zorlamaya görə həbs oluna bilər
20.01.2023 - 15:19
Robinyo vətəni Braziliyada həbs oluna bilər.
Apasport.az saytı xəbər verir ki, millinin sabiq futbolçusu İtaliyada zorlamada təqsirli bilinir.
Braziliyanın ədliyyə naziri Flavio Dino hazırda bu məsələ ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıb. O, 38 yaşlı veteran futbolçunun çox güman həbs olunacağını bildirib.
Qeyd edək ki, Robinyonun günahlandırıldığı zorlamada 5 nəfər şübhəli şəxs qismində dindirilir. Hadisə 2013-cü ildə baş verib.
0
0