“Napoli” hücumçusunu itirdi
09.09.2022 - 22:45
“Napoli” hücumçusunu itirdi

“Napoli”nin futbolçusu Viktor Osimhenin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, nigeriyalı hücumçu 5 həftə meydanlardan kənar qalacaq.

23 yaşlı afrikalı Çempionlar Liqasının I turunun “Liverpul”la matçında zədələnib. O, bu üzdən 41-ci dəqiqədə əvəzlənib. Hərçənd Viktorun həmin qarşılaşmada iştirakı da sual altında idi. Lakin zədə problemini qismən həll olunması üzündən meydana çıxan forvard yenidən xəsarət alıb.

Qeyd edək ki, Osimhen cari mövsümün 6 oyununda 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0