Millimiz Niderlandaməğlub oldu
18.11.2023 - 21:02
Millimiz Niderlandaməğlub oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız Niderlandla qarşılaşıb.

AVRO-2024-ün seçmə mərhələsinin oyunu Bosniya və Herseqovinada baş tutub. İlk turda meydan sahibləri ilə qolsuz heç-heçə edən millimiz qrupun favoriti ilə görüşüb və 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, millimiz noyabrın 21-də Lüksemburqla qarşılaşacaq.

Avropa çempionatının seçmə oyunu
II tur
18 noyabr
19:00. Niderland – Azərbaycan 2-1

 

writer photo
Əlirza Əlirzalı
0