“Əl-Nəsr”in Markinyos cəhdi
29.07.2023 - 01:46
“Əl-Nəsr”in Markinyos cəhdi

Markinyos PSJ-ni tərk etməyə yaxındır.

Apasport.az-ın məlumatına görə, braziliyalı müdafiəçi Səudiyyə Ərəbistanından təklif alıb.

Komandanın kapitanı klubla Kiliyan Mbappe arasında yaranmış problemdə həmkarını dəstəkləyən açıqlama vermişdi. Markinyosun davranışından sonra PSJ-nin onu satmağa hazır olduğu bildirilir. Bundan istifadə edən “Əl-Nəsr” futbolçuya təklif göndərib. Danışıqlar uğurla başa çatarsa, o, Kriştiano Ronaldonun çıxış etdiyi komandaya keçəcək.

Qeyd edək ki, braziliyalı futbolçu komandada 10 mövsüm keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0