1/8 final cütləri müəyyənləşdi
03.11.2023 - 09:07
1/8 final cütləri müəyyənləşdi

İtaliya kubokunda 1/8 final mərhələsinin cütləri dəqiqləşib.

Apasport.az xəbər verir ki, bu mərhələnin cütləri bir oyunda qalibi müəyyənləşdirəcək.

Mərhələyə dekabrın 5-də start veriləcək. 1/8 finalda A seriyasının 14, B seriyasının iki təmsilçisi mübarizə aparacaq.

5 dekabr
“Latsio” – “Cenoa”

6 dekabr
“Fiorentina” – “Parma”

19 dekabr
“Napoli” – “Frozinone”

20 dekabr
“İnter” – “Bolonya”

2-3 yanvar 2024-cü il
“Atalanta” – “Sassuolo”
“Milan” – “Kalyari”
“Roma” – “Kremoneze”
“Yuventus” – “Salernitana”

Qeyd edək ki, final mayın 15-də Romada keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0