Simakan “Leypsiq”də qalacaq
19.08.2022 - 22:50
Simakan “Leypsiq”də qalacaq

“Leypsiq”in futbolçusu Məhəmməd Simakanın PSJ-yə keçidi baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, buna Almaniya klubu icazə verməyib.

Bundesliqa təmsilçisi transferi bloklayıb. Klub rəhbərliyi 22 yaşlı fransalını satacağı halda ona əvəzləyici tapmağa vaxtı olmayacağı qənaətindədir.

Qeyd edək ki, Simakan cari mövsümün hər iki görüşündə meydana çıxıb və bir sarı vərəqə alıb.
 

writer photo
Əlirza Əlirzalı
0