Bundesliqa klubunda yeni baş məşqçi
08.02.2023 - 14:19
Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın "Hoffenhaym" klubunun yeni baş məşqçisinin adı bəlli olub. 

Apasport.az saytı xəbər verir ki, Bundesliqa təmsilçisi Pelleqrino Matarazzoni geri qaytarıb. 

2017-2019-cu illərdə "Hoffenhaym"da gənclərlə işləyən, ardınca əsas komandada köməkçi kimi çalışan 46 yaşlı amerikalı mütəxəssislə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Matarazzoni baş məşqçi postunda uğursuz çıxış səbəbindən istefaya göndərilən Andre Braytenrayteri əvəzləyib. 

writer photo
Əlirza Əlirzalı
0