“Trabzonspor” Zaqreb “Dinamo”suna elçi düşdü
22.05.2023 - 17:45
“Trabzonspor” Zaqreb “Dinamo”suna elçi düşdü

“Trabzonspor” xorvatiyalı hücumçuya elçi düşüb.

Apasport.az saytı xəbər verir ki, Türkiyə klubu Xorvatiya “Dinamo”sundan Bruno Petkoviçi heyətə cəlb etməyə hazırlaşır.

Zaqreb klubu ilə daha bir illik müqaviləsi olan 28 yaşlı forvard “Qaradəniz fırtınası”na keçməkdə maraqlıdır. Xorvatların yeni razılaşma təklifini qəbul etməyən Petkoviç türklərlə danışıqlara da başlayıb. Trabzon klubu futbolçunun transferi üçün qarşı tərəfə 1,5 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. 

Qeyd edək ki, 2019-cu ildən “Dinamo”nun şərəfini qoruyan Bruno bu mövsüm 41 matçda 14 dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0