Kavanidən “Borussiya”ya tələb
03.08.2022 - 16:47
Kavanidən “Borussiya”ya tələb

Edinson Kavani karyerasını Almaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in sabiq futbolçusu Dortmund “Borussiya”sına keçməyə yaxındır.

İngiltərə klubu ilə müqaviləsi başa çatan uruqvaylı hücumçu azad agent statusuna malikdir. “Borussiya” səhhətindəki problem üzündən bir müddət meydanlardan uzaq düşən Sebastyan Alleri Kavani ilə əvəzləməyi planlaşdırır.

Futbolçu ilə klub arasında danışıqlar davam edir. Keçidə Edinsonun yüksək maaş tələbi mane ola bilər. O, ildə 10 milyon avro tələbi qoyub.
 

writer photo
Əlirza Əlirzalı
0