2023-cü ilin məşqçisi açıqlandı
30.12.2023 - 13:01
2023-cü ilin məşqçisi açıqlandı

2023-cü ilin ən yaxşı yığma məşqçilərinin siyahısı müəyyənləşib.

Apasport.az xəbər verir ki, İFFHS-in nümayəndələri arasında keçirdiyi səsvermədə Lionel Skaloni qalib gəlib.

Argentina yığmasının baş məşqçisi 185 xalla hamını qabaqlayıb. Fransa millisinin çalışdırıcısı Didye Deşam ikinci yeri tutub. Portuqaliya millisinə rəhbərlik edən Roberto Martines üçüncü olub.

“Top-10”da Martines kimi başqa ölkədə çalışan daha iki mütəxəssis var. Argentinalı Marselo Byelsa Uruqvay, braziliyalı Silvinyo Albaniya millisindəki işinə görə “onluq”da yer alıb.

1. Lionel Skaloni (Argentina) - 185
2. Didye Deşam (Fransa) - 112
3. Roberto Martines (Portuqaliya) - 61
4. Luis de la Fuente (İspaniya) - 56
5. Marselo Byelsa (Uruqvay) - 43
6. Hajime Moriyasu (Yaponiya) - 20
7. Qaret Sautqeyt (İngiltərə) - 19
8. Silvinyo (Albaniya) - 16
9. Valid Reqraqui (Mərakeş) - 15
10. Stiv Klark (Şotlandiya) - 7

writer photo
Əlirza Əlirzalı
0