İkardi “Bavariya” ilə oyunu gözləyir
07.11.2023 - 19:51
İkardi “Bavariya” ilə oyunu gözləyir

Mauro İkardi sabah keçiriləcək "Bavariya" - "Qalatasaray" matçının heyətində yer alacaq.

Apaspot.az xəbər verir ki, argentinalı hücumçunun Almaniyadakı səfər matçında iştirakı dəqiqləşib.

"Beşiktaş"la İstanbul derbisində zədələnən, bu üzdən "Bavariya", "Çaykur Rizəspor" və "Kasımpaşa" ilə matçlarda iynə gücünə oynayan Mauro İkardi hələ də komanda ilə məşqə qatılmayıb. Lakin fərdi məşqlərini davam etdirən forvard Münhendəki qarşılaşmada da forma geyinəcək.

Qeyd edək ki, 30 yaşlı futbolçu bu mövsüm 18 qolla yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0