“İdman həftəsi” çərçivəsində daha bir turnir keçirilib
29.02.2024 - 12:17
“İdman həftəsi” çərçivəsində daha bir turnir keçirilib

Fevralın 28-də “İdman həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə səfirliklər və diplomatik nümayəndəliklərin əməkdaşları arasında şahmat yarışı keçirilib.

Apasport.az xəbər verir ki, açılış mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış edərək iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıb. Tədbirə onlayn qoşulan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov da belə turnirin təşkilindən məmnunluğunu ifadə edib.

Rəsmi çıxışlardan sonra yarış açıq elan olunub. 14 iştirakçı arasında keçirilən yarışın yekun nəticələrinə görə İlham Kazımov (Beynəlxalq Miqrasiya Təşkilatı, 7 xal) birinci olub. Zəlimxan Qaysumov (Rusiya, 6 xal) yarışı ikinci, Reyhan Talıbova (Birləşmiş Millətlər Təşkilatının Qaçqın Agentliyi, 4,5 xal) isə üçüncü pillədə başa vurublar

writer photo
Əlirza Əlirzalı
0