Mərakeş Belçikanı məğlub etdi - YENİLƏNİB
27.11.2022 - 18:55
Mərakeş Belçikanı məğlub etdi - YENİLƏNİB

Bu gün DÇ-2022-də növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, mundialın 8-ci günündə F qrupunun komandaları da meydana çıxıb.

II turun qrupdakı ilk matçında Belçika Mərakeşi sınağa çəkib. Qrupun lideri olan “qırmızı iblislər” görüşün favoriti idi.

Roberto Martinesin yetirmələri qalib gəlsə, 1/8 finala vəsiqəni təmin edəcəkdi. Mərakeşlilər isə şanslarının azalmaması üçün qalib gəlməli idi.

İkinci hissədə 2 qol vuran afrikalılar mundialda ilk qələbəsini qazanıb.

Qeyd edək ki, F qrupunun digər oyununda Xorvatiya ilə Kanada qarşılaşacaq. Bu matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

DÇ-2022, qrup mərhələsi
27 noyabr, II tur
F qrupu
17:00. Belçika – Mərakeş 0:2

Qol: Abdelhamid Sabiri, 73, Zakaria Abuxlal, 90+2,

1

Mərakeş

2

1

1

0

2-0

4

2

Belçika

2

1

0

1

1-2

3

3

Xorvatiya

1

0

1

0

0-0

1

4

Kanada

1

0

0

1

0-1

0

writer photo
Əlirza Əlirzalı
0