Futzal üzrə Azərbaycan çempionatının lideri “Araz-Naxçıvan” transfer çalışmalarına başlayıb.
Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən məlumatına görə, qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanan
heyətini gücləndirmək istiqamətində işlər görür.
Son çempion 6 futzalçı ilə anlaşıb. Yayda Belçikanın “Gent Beşiktaş” klubuna keçən Xətai Bağırov və İsa Atayev yenidən “Araz-Naxçıvan”ın düşərgəsinə dönüb. Cari mövsümün ilk iki dövrəsini “Neftçi” İK-da keçirən qapıçı Emin Kürdov da bundan sonra Joze Alesio Da Silvanın rəhbərliyi altında çıxış edəcək.
Ötən mövsüm U-19-un formasını geyinən, yayda isə Birinci Liqanın debütantı “Şamaxı”da çıxış edən Novruz Kazıxanov da “Araz-Naxçıvan”a pənah gətirib. Milli komandanın üzvü Amadeu son çempionun yeni transferlərindəndir. Braziliyalı Nata Felipe De Moraes qışdan sonra təmsilçimizdə “stolb” kimi çıxış edəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” noyabrda Vitao, Vitinyo, Mikael Deon, David Qustavo, Pedro Torres və Sinesio ilə yollarını ayırıb.