“Veqas”ın sahibinin 6 illik proqnozu doğruldu
14.06.2023 - 21:45
“Veqas”ın sahibinin 6 illik proqnozu doğruldu

Stenli kubokunun qalibi “Veqas”ın sahibi Uilyam Folinin proqnozu doğrulub.

Apasport.az saytı xəbər verir ki, 2017-ci ildə NHL-də debüt edən komanda 6 il sonra çempion titulunu qazanıb.

Debüt mövsümündə Foli komandasının üç ilə finala, altı ilə isə kuboku qazanacağı proqnozunu vermişdi. “Veqas” ilk mövsümdəcə finala yüksəlsə də, “Vaşinqton”a uduzmuşdu. Amma komanda məhz 6 il sonra 2023-cü ildə Stenli kubokunu qazanıb. Qələbədən sonra Foli növbəti dəfə proqnoz vermək istəməyib: “Bu dəfə proqnoz verməyəcəm. Amma bizim işimiz bitməyib”.

Qeyd edək ki, “Veqas” final seriyasında “Florida”nı 4:1 hessabı ilə məğlub edib.
 

writer photo
Əlirza Əlirzalı
0