“Çelsi”dən yeni təklif
19.09.2022 - 17:28
“Çelsi”dən yeni təklif

“Çelsi” Harri Keynin transferi üçün yeni təklif hazırlayıb.

Apasport.az saytının məlumatına görə, “zadəganlar” 2023-cü ilin yayında “Tottenhem”ə Romelu Lukaku və əlavə vəsait təklif edəcək.

Hazırda “İnter”də icarədə olan belçikalı 2021-ci ilin yayında 113 milyon avroya transfer olunub. Lakin Romelu “Çelsi”də istəniləni verməyib.

Qeyd edək ki, Keyn cari mövsümün 7 oyununda 6 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0