“Bavariya” yapon yarımmüdafiəçi alır
04.02.2023 - 11:56
“Bavariya” yapon yarımmüdafiəçi alır

“Bavariya” heyətinə yeni futbolçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Almaniya nəhəngi Daiçi Kamadanı transfer etmək niyyətindədir.

Münhenlilər “Ayntraxt”da çıxış edən yaponiyalı yarımmüdafiəçini yayda almaq istəyir. Frankfurt təmsilçisi sərfəli şərtlərlə onu satmağa razıdır. “Bavariya”nın yarımmüdafiə xəttini tam komplektləşsə də, klub rəhbərliyi bu xətdə rəqabəti artırmağı düşünür.

Qeyd edək ki, Kamada Avropanın digər klublarının da maraq dairəsindədir.

writer photo
Əlirza Əlirzalı
0