FİFA Vinisiusa vəzifə verdi
15.06.2023 - 16:19
FİFA Vinisiusa vəzifə verdi

FİFA irqçiliklə mübarizə üçün xüsusi komitə yaradıb.

Apasport.az saytının məlumatına görə, futbolçulardan ibarət komitənin rəhbəri də bəlli olub.

Bu quruma Braziliya millisinin və “Real”ın futbolçusu Vinisius Junior rəhbərlik edəcək. Komitə irqçiliyə qarşı daha sərt mübarizə metodları ilə bağlı təkliflər irəli sürəcək.

Qeyd edək ki, Vinisius ötən mövsüm La Liqanın oyunlarında 10 dəfə irqçiliyə məruz qalıb.

writer photo
Əlirza Əlirzalı
0