Denayer La Liqanın bir addımlığında
16.08.2022 - 22:49
Denayer La Liqanın bir addımlığında

“Valensiya” müdafiə xəttini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Ceyson Denayeri almağı planlaşdırır.

“Lion”un sabiq müdafiəçisi “yarasalar”ın arxa xəttini gücləndirməlidir. La Liqa təmsilçisi 27 yaşlı futbolçu ilə danışıqları yekunlaşdırmağa yaxındır.

Denayer hazırda azad agent statusuna malikdir. O, 2018-2022-ci illərdə Lionun eynialı klubunda çıxış edib.

Qeyd edək ki, Ceyson ötən mövsümün 20 matçında 3 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0