Çempion milli üzvündən imtina etdi
06.07.2022 - 23:27
Çempion milli üzvündən imtina etdi

“Atletiko”nun hücumçusu Joao Feliks “Bavariya”ya təklif olunub.

Apasport.az saytının məlumatına görə, menecerlər ön xətdə ciddi sıxıntı yaşayan Münhen təmsilçisinə Portuqaliya millisinin üzvünü məsləhət görüb.

Almaniya çempionu 23 yaşlı forvardın mümkün transferini rəhbərlik səviyyəsində müzakirə etdikdən sonra maliyyə səbəbindən bu keçidin baş tutma ehtimalının olmadığı qənaətinə gəlib. Bu üzdən “Bavariya” Feliksdən imtina edib.

Qeyd edək ki, Joao Feliksin “Atletiko” ilə müqaviləsi 2026-cı ilə qədər olduğundan, ispanlar onun transferi üçün astronomik məbləğ tələb edir.
 

writer photo
Əlirza Əlirzalı
0