İspaniya millisinin sabiq futbolçusu Quti yığmanın baş məşqçisi olmağa hazırdır.
Apasport.az saytının məlumatına görə, bunu gənc mütəxəssisin özü açıqlayıb.
O bildirib ki, İspaniya millisini çalışdırmaq arzusundadır: “İspaniya yığmasının baş məşqçisi olmaq istəyirəm. Öz ölkənin millisinə rəhbərlik etmək inanılmaz hissdir. Əlbəttə, bu vəzifə üçün tam hazıram. Bu, aşkar görünür. Mən özümə inanıram və millini çalışdırmaq istəyimi deməkdə davam edəcəm”.
Qeyd edək ki, “Real”ın sabiq futbolçusu Madrid klubunun U-19 komandasını çalışdırıb. Ardınca “Beşiktaş”da köməkçi məşqçi kimi fəaliyyət göstərən Quti “Almeriya”ya da rəhbərlik edib.