Premyer Liqa klubu "Qalatasaray"ın müdafiəçisini istəyir
22.08.2024 - 16:47
Premyer Liqa klubu "Qalatasaray"ın müdafiəçisini istəyir

"Qalatasaray"ın müdafiəçisi Viktor Nelsson klubdan ayrıla bilər.

Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mərkəz müdafiəçisi axtarışlarını davam etdirən "Vest Hem Yunayted"in hədəfi məhz Nelssondur. 

İngilislər bu transfer üçün 12 milyon avro ödəməyə hazırdır. Danimarkalının xidmətində maraqlı olan klublar arasında "Lill", "Sevilya" və "Bolonya" da var.

Qeyd edək ki, 25 yaşlı müdafiəçi ötən mövsüm "sarı-qırmızıların" heyətində 46 oyuna çıxıb, 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0