Benzema mətbuatda çıxan iddiaları cavablandırdı
24.01.2024 - 19:19
Benzema mətbuatda çıxan iddiaları cavablandırdı

"Əl-İttihad" klubunun hücumçusu Kərim Benzema komandanı tərk edəcəyi ilə bağlı iddialara aydınlıq gətirib. 

Apasport.az xəbər verir ki, 36 yaşlı futbolçu klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərin yalan olduğunu deyib.

Ərəb təmsilçisinin fransalı forvardı məsələ ilə bağlı bunları deyib: "Bu tam yalandır. Fransa mediası artıq nə yazacağını bilmir".

Daha əvvəl futbolçunun karyerasını İngiltərədə davam etdirə biləcəyi bildirilirdi.

Qeyd edək ki, Benzema çıxdığı 15 matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0