“Barselona” qapıçısı ilə razılığa gəldi
19.08.2023 - 14:52
“Barselona” qapıçısı Mark-Andre Ter-Şteqenlə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu Almaniya millisinin üzvü ilə razılıq əldə edib.
Bir neçə həftə sürən danışıqlar uğurla yekunlaşıb. Tərəflər yaxın günlərdə yeni müqavilə imzalayacaq.
Yeni anlaşma 2028-ci ilədək nəzərdə tutulub. 31 yaşlı qolkiper ilk 2 il üçün maaşının bir hissəsindən imtina etməyə razı olub.
Qeyd edək ki, Ter-Şteqen 2014-cü ildən Barselonanın eyniadlı klubunda çıxış edir.
0
0