“Beşiktaş” ona 2,5 milyon avro təklif etsə də...
16.01.2023 - 23:03
“Beşiktaş” ona 2,5 milyon avro təklif etsə də...

“Beşiktaş” heyətinə yeni futbolçu cəlb edə bilər. 

Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi “Konyaspor”a yarımmüdafiəçi Amir Hadziahmetoviçin transferi üçün 2,5 milyon avro təklif edib.

Konyalılar məbləğin az olduğundan razılıq verməyiblər. Lakin iki komanda arasında danışıqlar davam edir.

24 yaşlı bosniya və herseqovinalı oyunçunun ingilis klublarının da maraq dairəsində olduğu bildirilir.

Qeyd edək ki, 2016-cı ildən “Konyaspor”da oynayan Amir 169 oyunda 12 qol vurub, 14 assist edib.

writer photo
Əlirza Əlirzalı
0