Konteyner verib futbolçu aldı
05.09.2023 - 18:19
Konteyner verib futbolçu aldı

Rumıniya futbolunda qeyri-adi hadisə baş verib.

Apasport.az saytı xəbər verir ki, ölkənin ikinci liqasında çıxış edən "Viitorul Tarqu Jiu" klubu kamerunlu hücumçu Aziz Njifaque ilə müqavilə imzalayıb.

Komanda bu transfer qarşılığında dördüncü divizion təmsilçisi "Luqoj"a iki metal konteyner verib. “Luqoj” bu konteynerlərdən klub bazasında paltardəyişmə otaqları kimi istifadə edəcək.

writer photo
Əlirza Əlirzalı
0