İspaniyalı hücumçu “Barselona”nı tərk edə bilər
30.08.2024 - 13:57
İspaniyalı hücumçu “Barselona”nı tərk edə bilər

“Barselona”nın hücumçusu Ansu Fati yay transfer pəncərəsinin son günlərində komandasını dəyişə bilər.

Apasport.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Jirona” 21 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

İspaniyalı forvardın transfer dəyəri 25 milyon avro qiymətləndirilir və onun “Barsa” ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatır.

Fati ötən mövsüm İngiltərənin “Brayton” klubunda icarə əsasında çıxış edib. O, Premyer Liqada keçirdiyi 19 matçda 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0