Bellingemin bir ayağı “Real”da
04.05.2023 - 00:22
Bellingemin bir ayağı “Real”da

Djud Bellingemin gələcəyi bəlli olur.

Apasport.az-ın məlumatına görə İngiltərə yığmasının üzvü “Real”a keçəcək.

“Borussiya”nı tərk edəcəyi gözlənilən futbolçunun transferində Madrid klubu favoritdir. Madridililər “Mançester Siti” və “Liverpul”dən daha yüksək məbləğ təklif edərək, Bellingemin keçidini həll etmək üzrədir. Yayılan xəbərlərə görə, ingilis futbolçu ilə 6 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, transferin dəyəri 100-120 milyon avro olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0