Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, “Atletiko” doğma azarkeşlər önündə “Borussiya”nı (Dortmund) qəbul edib. Görüş Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər matçda isə “Barselona” səfərdə PSJ ilə qarşılaşıb. Oyun kataloniyalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb
Qeyd edək ki, cütlərin cavab matçları aprelin 16-da baş tutacaq.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
10 aprel
23:00. “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 2:1
Qol: De Paul, 5. Samuel Lino, 32 - Haller, 82
Baş hakim: Marko Quida (İtaliya)
Madrid, “Metropolitano” stadionu
23:00. PSJ (Fransa) – “Barselona” (İspaniya) 2:3
Qol: Dembele, 48. Vitinya, 50 - Rafinya, 37, 62. Kriştensen, 77
Baş hakim: Entoni Teylor (İngiltərə)
Paris, “Park De Prens” stadionu