"Bavariya"dan Sane qərarı
09.10.2023 - 21:22
"Bavariya"dan Sane qərarı

"Bavariya" daha bir futbolçu ilə müqaviləni yeniləyir.

Apasport.az xəbər verir ki, Münhen təmslçisi Leroy Sanenin klubda qalmasını istəyir.

Komandanın idman direktoru Kristof Freund 27 yaşlı cinah oyunçusu ilə danışıqlara başladıqlarını açıqlayıb: “O, çox yaxşı oyunçudur, əsas oyunçudur - və uzun müddət Münhendə qalsa, əla olar. Sane bizim üçün vacib futbolçudur”.

Qeyd edək ki, 2020-ci ilin yayından "Bavariya"da çıxış edən Sane, bu mövsüm 11 oyun keçirib və 7 qol vurub. Onun hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.

writer photo
Əlirza Əlirzalı
0