Sabiq “Mançester Yunayted”li Türkiyə klubunda
14.07.2022 - 13:51
“Panatinaikos”un hücumçusu Federiko Makeda “Ankaragücü”yə keçib.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
30 yaşlı forvard Super Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Ötən mövsüm 18 oyunda 4 qolla yadda qalan italiyalı 2024-cü ilin yayına qədər “Ankaragücü”yə məxsusdur.
Qeyd edək ki, Federiko Makeda 2008-2014-cü illərdə “Mançester Yunayted”də çıxış edib.
0
0