Fransalı hücumçu meydana çıxıb, erkən qol vuran 3-cü oyunçu oldu
15.12.2022 - 01:44
Fransalı hücumçu meydana çıxıb, erkən qol vuran 3-cü oyunçu oldu

Fransa millisinin hücumçusu Rondal Kölo Mouani dünya çempionatı tarixinə meydana daxil olduqdan dərhal sonra qol vuran 3-cü futbolçu olub.

Apasport.az xəbər verir ki, Frankfurt "Ayntraxt"ının futbolçusu DÇ-2022-nin 1/2 finalında Mərakeşlə matçın (2:0) 79-cu dəqiqəsində meydana çıxıb və 44 saniyə sonra ilk toxunuşla rəqib qapısına zərbə endirib.

Opta-nın məlumatına görə, əvəzetmədən sonra dünya çempionatında cəmi 2 dəfə daha sürətli qol vurub. 2002-ci ildə uruqvaylı Riçard Morales (16 saniyə) və 1998-ci ildə danimarkalı Ebe Sən (26 saniyə) bu nəticəni göstərib.

Qeyd edək ki, 24 yaşlı Rondal Kölo Muani Fransa millisinin heyətində ilk qolunu vurub.

writer photo
Əlirza Əlirzalı
0