“Makkabi”nin zədəliləri sağaldı - “Zirə” üçün plan
25.07.2022 - 11:13
“Makkabi”nin zədəliləri sağaldı - “Zirə” üçün plan

“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Makkabi”nin (Təl-Əviv”) zədəli futbolçuları sağalıb.

Apasport.az saytının İsrail mətbuatına istinadən məlumatına görə, Bakıdakı ilk matçı buraxan 3 futbolçu cavab görüşünə hazır olacaq.

Bunlar yarımmüdafiəçilər Dan Qleyzer, Nir Biton və hücumçu Eran Zahavidir. Hər üç oyunçu artıq kollektivlə birlikdə məşqlərdə iştirak edir. Onlardan Qleyzer və Zahavinin ilk dəqiqələrdən meydanda olması istisna edilmir. Bu, futbolçuların məşqlərdə özlərini necə göstərmələrindən asılı olacaq.

Ancaq baş məşqçi Vladimir İviç Bitonla bağlı fərqli düşünür. O, İsrail millisinin üzvünə matçın gedişində şans verməyi planlaşdırır. Onunla bağlı qərar qarşılaşmadan bir gün öncə veriləcək.

Qeyd edək ki, “Makkabi” ilə “Zirə” arasında iyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda keçiriləcək cavab matçı Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. “Dalğa Arena”dakı ilk görüşdə təmsilçimiz 0:3 hesabı ilə məğlub olub.
 

writer photo
Əlirza Əlirzalı
0