Rəşad Sadıqov: "Seçim olsaydı, "Fehervar"la qarşılaşmaq istəyərdim"
16.08.2024 - 00:04
Rəşad Sadıqov: "Seçim olsaydı, "Fehervar"la qarşılaşmaq istəyərdim"

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Zirə" "Osiyek" səddini keçərək "pley-off" mərhələsinə yüksəlib.

Apasport.az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Çox gərgin oyun oldu. Gözlədiyimizdən də gərgin keçdi. Bu mərhələdə elə-belə rəqiblər, oyunlar olmur. Şükürlər olsun. Məni sevindirən odur ki, oyunçular gərginliyi qaldırdılar. Onları təbrik edirəm. Onlarla fəxr edirəm. Öpüb-bağrıma basıram. Futbol camiəmizi təbrik edirəm.

- Penaltilər seriyasından öncə Tyaqo Silva ilə danışdız. Nə dediz?

- Onu tənqid etdim. "Şerif"lə oyundan sonra ona heç nə deməmişdim. Ehtiyac olmasaydı, deməyəcəydim. Tənqid elədim ki, aqressivləşsin. Böyük ustalıq göstərdi. Dedim "Şerif"lə oyundakı penaltilərdən narazı qalmışam. Dedim özünü göstərməlisən. O da 5 penaltidən 4-nü çıxardı. Asan məsələ deyildi. Onun öhdəsindən gəldi.

- Çempionatın növbəti turunu təxirə salmaq planda var?

- 90 dəqiqə oynasaydıq, qəti şəkildə təxirə salmayacaqdıq. 120 dəqiqə olub, həkimlərlə, məşqçi heyəti ilə toplantı keçirib, qərar verəcəyik.

- Rəqib baş məşqçi demişdi ki, "Zirə" bizə bir qol vura bilməz...

- Əslində, çox bəyənirdim onu. Meydanın kənarındakı rəftarı, taktikası, oyununu həmçinin. Bakıdakı açıqlamasında da bildirdi ki, başqa cür anlaşılıb. Bu da normaldır. 

- Əlavə dəqiqələrdə nə dediz futbolçulara?

- Heç nə dəyişmək istəmirdim. Hücumameyilli oyunçuluarımız çox idi. İntizamlı olub, mütləq şəkildə qol vurmalıydıq. Rəqibin qapıçısı penaltilərdə çox yaxşı çıxış edirdi. Rəqibin müdafiəçiləri də yaxşə həmlələr edirdilər. 

- Pley-off da "Omoniya" ilə qarşılaşacaqsız. Yəqin ki, tarixi fürsəti əldən vermək istəməzdiz..

- Hamı istəyər, qrupa düşsün. Rəqibimiz "Omoniya"dır. Heç bir məlumatım yoxdur. "Fehervar"la oyunlarda daha üstün olublar. "Fehervar" da bizə tanış rəqibdir. Onları udublarsa, "Omoniya"nın gücün göstərir. Seçim olsaydı, digəri ilə düşərdim. Onlar avrokuboklarda təcrübəlidir. BU haqda danışmaq tezdir. Çempionat oyunu olmasa, sabahdan "Omoniya" haqda düşünəcəyik. Ən yaxşısını edəcəyik ki, qruplara düşək.

- Hakim doğru qərarlar verirdi?

- Oyunu yaxşı idarə edirdi. Sadəcə ikinci qolda cərimə zərbəsi var idi, ya yox bilmədim. İnamlı şəkildə sarı vərəqə də verdi. Cərimə zərbəsi sanki yox idi. Ümumilikdə qərarlar doğru idi.

- Futbolçular sank ipenaltiləri vuranda çətinlik çəkirdi. Sizcə, bunun üzərində işləmək lazızm idi?

- Futbolçularımız çoxu ilk dəfədir ki, üçüncü mərhələdə oynayır. Penaltiləri vurmaq mental hazırlıqla bağlıdır. Üç yerli futbolçumuz vurmadı, amma ən azından təcrübə qazandılar. Hər iki qapıçı usta şəkildə çıxış etdi. Həm də yorğunçuluq var idi. Bir az biz xarakter göstərdik. İstəmirdik ki, sanki oyun penaltilərə getsin. Hamımızda travma var idi ki, penaltilərdə uduzmuşuq və Azərbaycan klubları uduzur penaltilərdə. Onların da qapıçısı yaxşı çıxış etdi, bizimkilər də. Üç mərhələdə yaşadıqlarımız komanda üçün böyük təcrübə oldu. 

- Ötən mövsüm az qol vuran, oyununa görə tənqid olunan "Zirə" necə oldu ki, birdən-birə avrokubokalr bu cür uğurlu çıxış edir, bu qədər qollar vururdu?

- Bu barədə çox danışmaq istəmirəm. Nə danışsam özüm üçün doğru hesab etmirəm. Çox şeyi dəyişməmişik. Eyni məşqlərdər, metodikadır. Bu gün də bəhrəsini görürük. Keşən il də komandamın oyunundan razı qaldım. Şükür Allaha ki, bu gün qələbələri qazanırıq. Çox detallara varmaq istəmirəm.

"Şerif"lə oyunda penaltilər seriyası uğursuz keçmişdi. Bu dəfə nə hisslər keçirdiz? Penaltilər seriyasında sanki ehtiyat skamyaya bildirdiz ki, sakitləşin və hələ gözləmək lazımdır...

- Bu dəfə daha rahat idim. Hər zaman çılğın sevinməyin tərəfdarı olmamışam. Bitdikdən sonra nə qədər istəyirlər sevinsinlər. Aşırı şəkildə sevindilər, sevmirəm bunları. Dedim gözləyin, dua edin. Qələbə bizim olsun, sonra sevinək.

writer photo
Əlirza Əlirzalı
0