Türkiyəli ekspertdən 14,695 əmsallıq UDUŞ
20.01.2023 - 15:37
Türkiyəli ekspertdən 14,695 əmsallıq UDUŞ

Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, türkiyəli futbol eksperti Merih Önalın 14,695 əmsallıq kuponu dəqiq olub. 

O, İtaliya və Türkiyədə kubok, İngiltərədə isə Premyer Liqa matçının hesabını dəqiq təxmin edib. Sistemlə oynayan ekspert cəmi 3 oyuna mərc gəlib. 

Kupona 28 lirə (2,53 manat) yatıran better 29 min 390 lirə 65 quruş (2657 manat) qazanmış olub.

writer photo
Əlirza Əlirzalı
0