Ramil Şeydayevin "Neftçi"yə keçidinin rəsmiləşməsindən sonra baş məşqçi Roman Qriqorçuk açıqlama verib.
Apasport.az xəbər verir ki, mütəxəssisin transfer barədə fikirlərini "ağ-qaraların" mətbuat xidməti paylaşıb.
Roman Qriqorçuk: “Ramil Şeydayev komandamız üçün əla transferdir”
Qriqorçuk Ramilin gəlişini belə qiymətləndirib:
“Mən çox şadam ki, Ramil bizimlədir. Bu futbolçunu çox sevirəm. Ona hörmət edirəm, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudur. Düşünürəm ki, bu, komandamız üçün əla transferdir”.
Qeyd edək ki, Şeydayev ötən mövsümü Türkiyənin "Kocaelispor" klubunda keçirib.