“Çelsi”nin 150 milyon avroluq planı
28.05.2023 - 13:48
“Çelsi”nin 150 milyon avroluq planı

İspaniyada irqçi təzyiqlərə məruz qalan “Real”ın hücumçusu Vinisius ölkəni tərk edə bilər.

Apasport.az saytı xəbər verir ki, “Çelsi” bu imkandan yararlanmaq niyyətindədir.

London klubu 22 yaşlı futbolçuya görə 150 milyon avro transfer büdcəsi ayırıb. Əgər bu keçid baş tutarsa, “Real” tarixinin ən bahalı satışını həyata keçirəcək.

Qeyd edək ki, “Valensiya” ilə oyunda irqçi təhqirlərə məruz qalan Vinisius komandadan gedə biləcəyini qeyd edib.
 

writer photo
Əlirza Əlirzalı
0