Ekitike İngiltərəyə doğru
18.09.2023 - 14:07
Ekitike İngiltərəyə doğru

PSJ-nin futbolçusu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, Paris klubunun hücumçusu Uqo Ekitike "Vest Hem" və "Kristal Pelas"ın maraq dairəsindədir.

Paytaxt klubu Randal Kolo Muanini heyətə cəlb etdikdən sonra 21 yaşlı oyunçunun gedişi gündəmə gəlib. Fransız futbolçunun qışda sözügedən klublardan birinə icarəyə verilməsi planlaşdırılır. 

Qeyd edək ki, Liqa 1 təmsilçisi ilə 2027-ci ilin yayına kimi müqaviləsi olan Ekitike bu mövsüm yalnızca 1 matçda 8 dəqiqə meydana çıxıb.

writer photo
Əlirza Əlirzalı
0