“Real Sosyedad” "Mançester Yunayted"ə elçi düşdü
02.08.2023 - 15:34
“Real Sosyedad” "Mançester Yunayted"ə elçi düşdü

“Real Sosyedad” heyətini yeni yarımmüdafiəçi ilə gücləndirə bilər.

Apasport.az saytı xəbər verir ki, ispanlar yarımmüdafiəçi Donni van de Beeklə bağlı "Mançester Yunayted"ə müraciət edib.

Futbolçunun keçidi ilə bağlı ingilislərlə danışıqlara başlayan San-Sebastiyan klubunun nümayəndələri transferi yaxın günlərdə bitirməyi düşünürlər.

Niderland millisinin 26 yaşlı futbolçusu 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir. Bu müddətdə 60 matça çıxan Donni 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0